Yeni Media Dünyasında Yeni PR
INPRESS PR Solutions müasir PR alətlərindən istifadə edərək fərdlərə və qurumlara öz şəxsi brendlərini qurmağa, qorumağa və mesajlarını auditoriyalarına düzgün şəkildə çatdırmağa dəstək göstərir.
“Dünya dəyişir” – bu, çox məşhur bir filmin ilk sözləridir. Bəli, dünya həqiqətən də dəyişir (bilirik, çox standart səslənir, amma bu dəfə güzəştə getmək olar), amma bu filmdə göstərildiyi kimi təhlükələrlə dolu bir dövrə deyil, imkanlarla dolu olan rəqəmsal dövrə doğru dəyişir. Artıq real həyatda olmaq hələ var olmaq sayılmır. Gerçək dünyada yaşadıqda insanlar sizi görə və eşidə bilər, lakin rəqəmsal məkanda olmadıqda, Siz kölgədə qalırsınız.