XİDMƏTLƏR
Xidmətlərin adını sadalamaqdan öncə onların əsaslarına toxunaq. Nə üçün bu xidmətlər? Ən sadə dillə desək, nə iş görəcəyimizi əsas 2 məsələ müəyyən edir: “nə istənilir” və “nə edə bilirik”. Əsas səhifəmizdə istənilənlər, texniki dillə desək, ehtiyaclar haqqında qısa da olsa, danışdıq. Bu tərəf az-çox hamıya bəllidir. Qalır 2-ci məqam: biz nə edə bilirik. Komandamızın markalaşma, PR və media, krizis menecmenti üzrə 10 illik təcrübəsi var. Bu yöndə reputasiyasını qurmaq istəyən çoxlu sayda şəxslə işləmişik. Yəni, təcrübəmiz kifayət qədərdir.
2 suala da cavab tapdıq: nə istənilən də bəlli, nə edə biləcəyimiz də... İndi keçək xidmətlərimizə.
Reputasiya Menecmenti
Onlayn reputasiya menecmenti bu gün yüksək profilli şəxslər və şirkətlər üçün həyati əhəmiyyət daşıyır. Hər hansı bir biznesi idarə edirsinizsə, haqqınızda internetdə yerləşdirilən istənilən məlumat şirkətinizin potensial müştərilərinin qərarlarına təsir edəcək. İctimai xadimsinizsə, onlayn reputasiyanız cəmiyyətdə Sizə olan gözləntilərin formalaşmasında ciddi rol oynayacaq.
Biz Sizə illərlə çalışıb qazandığınız adı qorumaqda, möhkəmləndirməkdə və onu rəqəmsal aləmə ən aydın və ən uyğun yollarla daşımaqda kömək edəcəyik.
Krizis Menecmenti
Risk həyatın, biznes dünyasının ayrılmaz hissələrindən biridir. Riskdən qaçaraq uğur qazanmaq mümkün deyil. Ən böyük uğurlar risklərdən faydalanmaqdan keçir. Krizis komandamız Sizi, şirkətinizi hər bir riskə və böhrana hazır vəziyyətə gətirməyə kömək edəcək. Riskləri idarə etmək və onlardan faydalanmaq Sizin nəzarətinizdə olacaq.
Funksional Xidmətlər
Media Monitorinq: yerli və xarici mətbuatın və sosial şəbəkələrin 24/7 izlənilməsi, analizi və hesabatı;
Media və İnfluenserlərlə Əlaqələr: press-mention, press-reliz, məqalə və müsahibələrin yerləşdirilməsi üçün media ilə əlaqələrin təşkili;
Rəqəmsal Marketing: SEO xidmətləri ilə axtarış platformalarında çıxan nəticələrin optimallaşdırılması və sosial media hesablarının optimallaşdırılması və idarə edilməsi.