ÖNSÖZ

“Dünya dəyişir” – bu, çox məşhur bir filmin ilk sözləridir. Bəli, dünya həqiqətən də dəyişir (bilirik, çox standart səslənir, amma bu dəfə güzəştə getmək olar), amma bu filmdə göstərildiyi kimi təhlükələrlə dolu bir dövrə deyil, imkanlarla dolu olan rəqəmsal dövrə doğru dəyişir. Artıq real həyatda olmaq hələ var olmaq sayılmır. Gerçək dünyada yaşadıqda insanlar sizi görə və eşidə bilər, lakin rəqəmsal məkanda olmadıqda, Siz kölgədə qalırsınız. Buradan bir sual yaranır: Varsansa niyə yoxsan?  

Bu gün hər kəsin brendi və reputasiyası rəqəmsal dünyada, onlayn mediada, axtarış sistemlərində yaranır, orada böyüyür və oradaca yox olur. Rəqəmsal dünya imkanlar və risklərlə doludur. Bəziləri risklərə təhlükə də deyə bilər, amma biz  demirik. Siz də deməyin! Risklər idarə olunandır, hədəfiniz bəllidirsə, onlar sadəcə əyləncədir, əsas sükandan möhkəm tutun, ya da biz tutaq, hətta birlikdə tutaq!.. Nəyi pisdir ki?!

Bu gün INPRESS Sizinlədir, gələcəkdə də olacaq. Biz hər an Sizi risklərdən mühafizə etmək, onları imkanlara çevirərək faydalanmaq, reputasiyanızı qurmaq, dəyərli adınızı qorumaq və ya inkişaf etdirmək, ən əsası isə yol yoldaşınız, hətta dostunuz olmaq üçün buradayıq.




HAQQIMIZDA

10 İLLİK PEŞƏKAR TƏCRÜBƏ

"INPRESS PR Solutions” onlayn reputasiya, markalaşma, krizis menecmenti, media monitorinq və media ilə əlaqələr və rəqəmsal marketinq xidmətləri göstərən peşəkar konsaltinq şirkətidir. İstər fərdlər, istər şirkətlər, istərsə də qeyri-kommersiya qurumları xidmətlərimizdən yararlana bilər.

Komandamız markalaşma və PR xidmətləri üzrə 10 illik peşəkar təcrübəyə sahibdir.

MİSSİYAMIZ

Şirkətimizin missiyası öz markalarını qurmaq, gücləndirmək və ya qorumaq istəyən fərdlər, qurumlar və şirkətlərə bu yöndə yararlı plan qurmağa və onu reallaşdırmağa tam dəstək verməkdir.

DƏYƏRLƏRİMİZ

Bütün işlərimiz müştərilərimizin və onların hədəf auditoriyasının, yaşadığımız cəmiyyətin və ümumilikdə bəşəriyyətin, eləcə də şirkətimizin və komandamızın ortaq dəyərlərinə, peşəkar və etik qaydalara əsaslanır.



PEŞƏKARLIQ

konsaltinq şirkəti olaraq işlərin ən yüksək səviyyədə idarə olunması komandamızın əsas fəaliyyət üslubudur.


MƏXFİLİK

müştərinin razılığı olmadan onun özü və kimliyi barədə heç bir məlumat 3-cü şəxslərə ötürülmür və heç bir yerdə yayımlanmır.


MÜŞTƏRİ XİDMƏTLƏRİ

müştəri məmnuniyyəti komandamızın ən böyük motivasiyasıdır.


TEXNOLOGİYA

işlərimizdə ən yeni texnoloji vasitələr və metodları tətbiq edərək müştərilərimizin texnoloji dəyişiklərə dərhal adaptasiya olmasını təmin edirik.


İNNOVASİYA

innovasiya xidmətləri fəaliyyətimizin əsas istiqamətlərindən biri kimi hər zaman müştərilərimizə yeniliklər vəd etməyə kömək edir.