“Həyat fəsillər kimidir. Fəsilləri dəyişə bilməzsən, amma özünü dəyişə bilərsən".

Bloq

Dəyişmək gözəldir! Bayramınız Mübarək!

Qış bitir… Qış dözümsüz və səbirsiz olanları bağışlamır. Qış özünə güvənməyən və hazırlıqsız olan hər kəsi öz kəskin xasiyyəti ilə yerində otuzdurur, ruhdan salır, hətta məhv edir. PR-da krizis də belədir, qış kimi… O səni gözləmədiyin anda yaxalaya bilir, şoka salır, zərbə endirir. Hazırlıqsız, plansız olanda və səhv edəndə bağışlamır. İllərlə qurduğun reputasiyanı bir səhvə görə yox edə bilir.


Məşhur biznes-trener Cim Rohn deyir: “Həyat fəsillər kimidir. Fəsilləri dəyişə bilməzsən, amma özünü dəyişə bilərsən.”

Bəli, dəyişmək gözəldir. Səhvlərdən, krizislərdən nəticə çıxartmaq, daha yaxşı insan olmaq hər kəsin haqqıdır. Bu bizi güclü edir, özgüvənimizi, hörmətimizi artırır. Daha sağlam, mülayim və pozitiv olmaq səbrli yanaşmadan və digər insanlara bəxş etdiyimiz sevgidən asılıdır. İntizamlı olub hər tərəqqiyə sevinmək xoşbəxtlikdir. Yaşamaq, işgüzar olmaq, maneələri dəf edib bütün riskləri öncədən görmək, yazı gözləmək və bu yoldan zövq almaq…


Qış bitir və yaz gəlir. Bu münasibətlə tanıdığımız və tanıyacağımız, dəyişib daha yaxşı olan və ya olmaq istəyən bütün insanları təbrik edirik.


Bayramınız Mübarək!


© INPRESS PR Solutions