Hekayə zamanla bağlıdır. Suallara cavab verərkən keçmişi xatırlayın, bu günü vurğulayın, gələcəyi ümid edin!

Bloq

Siz və Markanızın Hekayəsi

Siz daxil hər kəsin, hər markanın bir hekayəsi vardır. Bu hekayədən öz reputasiyanız üçün istifadə etməlisiniz. Niyə? Onlar daha tez viral olur, asan yadda qalır və rahat assosiasiya edilirlər. Elə bu kimi xüsusiyyətlərinə görə hekayələr son dövrlərdə markalaşmanın əsas alətlərindən birinə çevrilib. Əksər hekayəni cəlbedici etmək olar.

Başqa sözlə, hekayədə nə deyildiyindən çox onun necə təsvir edildiyi əhəmiyyətlidir. Lakin bu o demək deyil ki, hekayənizi yazarkən auditoriyanıza təklif edəcəyiniz dəyərləri unudub yalnız üsluba fokuslana bilərsiniz. Qətiyyətlə deyə bilərik ki, belə deyil!

Dəyərlər öz yerində, onlar olmadan marka olmaz. Onda hekayə necə yazılmalı? Cavabını birlikdə tapaq. 

İlk cavab tapmalı olduğunuz məqam hekayənizin məqsədidir. Yalnız məqsədinizi təyin etdikdən sonra mövzu üçün xəritə çəkmək olar. Bu zaman unutmamalısınız ki, hekayəniz baxışınız (“vision”) və pozisiyanızla eyni hədəflərə və kontentə sahib olmalıdır, yəni tutarlılıq prinsipləri burada da əsas tutulmalıdır. 

Məqsədlər təyin edildikdən sonra keçə bilərik üslubakontentə. Hekayənizi auditoriyanıza müxtəlif yollarla danışa bilərsiniz, amma göstərmək hər zaman daha effektivdir.

Onlara öz missiyanıza – hansı ki, bu insanların ehtiyaclarını qarşılamaq və ya müxtəlif problemləri həll etməkdən ibarətdir – necə çatdığınızı, kimlərə və ya nəyə dəstək olduğunuzu və bunlarla necə qürur duyduğunuzu göstərin. Amma hekayə missiya ya da marka bəyanı deyil, texniki dildən istifadə etməyin, işə emosiyalarınızı qatın. Kontent üçün aşağıdakı sualları cavablandıra bilərsiniz:

  • Niyə gördüyünüz işlə məşğulsunuz?
  • Necə bu qərara gəldiniz və necə başladınız?
  • Bu sizin üçün nə qədər vacibdir?
  • Əsas uğursuzluqlarınız nələr olub?
  • Nə zaman və necə “yol”u keçdiyinizi anladınız?
  • Gələcəyi necə görürsünüz? Öz gələcəyinizi deyil, auditoriyanızın gələcəyini!

Cavablarda istər yumoristik olun, istər sentimental, istər realist. Hətta bunları tutarlı bir şəkildə qarışdırmaq da olar. Əsas olan bütün hekayə boyu işinizə və hədəflərinizə olan ehtirasınızıemosiyalarınızı ortaya qoymaqdır.

Bu da sizi təkcə iş görən və ya bizneslə məşğul olan bir şəxsdən və ya qurumdan fərqləndirəcək, auditoriyanıza yaxınlaşdıracaq və onlarla daha uzunömürlü inam bağı qurmağa kömək edəcək.

Vaxtı unutmayaq! Hekayə zamanla bağlıdır. Suallara cavab verərkən keçmişi xatırlayın, bu günü vurğulayın, gələcəyə ümid edin!


© INPRESS PR Solutions