Onlayn reputasiyanınızı qurmaq istəyirsinizsə, etməli olduğunuz ilk işlər çox sadə görünsə də, diqqətli olmağı tələb edir. Prosesi mərhələlərə bölsək, daha effektiv nəticələr əldə edə bilərik. Gəlin, mərhələlərə nəzər salaq.

Blog

5 Mərhələdə Onlayn Reputasiya

Onlayn reputasiyanın qurulması bəzi texniki biliklər tələb etsə də, ilkin görünüş baxımından yaxşı təəssürat yaratmaq öz əlinizdədir. Aşağıda göstərəcəyimiz mərhələrlə bunu necə edə biləcəyinizi qısaca izah edəcəyik.

1. Birinci mərhələ çox asan görünə bilər, amma elə əsas da görünməkdir. Özünüzü google-da axtarın. Çox araşdırmağa ehtiyac da yoxdur, ilk səhifəyə nəzər yetirsəniz, kifayətdir. Adınız və ya markanız ilk nəticələr arasında çıxırmı? Google sosial hesablarınızı ilk səhifədə göstərirmi? Adınızın və ya markanızın bütün onlayn və sosial media mənbələrində eyni yazıldığından əmin olun. İstifadəçi adlarınız da real adınızla üst-üstə düşməlidir. Haqqınızdakı məlumatları da bütün hesablarınızda eyni formada paylaşın. Bunlar sizi google-da görünən etmək üçün ən sadə və ən vacib şərtlərdir.

2. İkinci mərhələ haqqınızda neqativ kontent varsa, onları həll etməyi əhatə edir. Siz və ya markanızla bağlı yayılan neqativ kontent yanlışdırsa, həmin məlumatı yayan qurum və ya şəxslə əlaqə qurub təkzibinizi əlavə etdirə bilərsiniz. Bu hüquqi olaraq onların borcudur. Barənizdə olan neqativ kontent doğrudursa yeni məlumatlar paylaşmazdan əvvəl markanızla bağlı neqativ xüsusiyyətləri analiz etmək və səhvlərdən düzgün nəticə çıxartmaq çox vacibdir. Belə halların idarə edilə bilməsi sizin və markanız üçün həyati önəm daşıyır. Bir əvvəlki yazılarımızda bu məqamın niyə vacib olmasını açıqlamışdıq.

3. Üçüncü mərhələdə siz artıq özünüzü və ya markanızı rəqəmsal dünyada axtarmadan prosesləri izləməyə nail olursunuz.  Necə? Cavab media monitorinqdir. Bunu həyata keçirən platformalar var. Məsələn, google alert və ya mention.com. Sizin haqqınızda internetdə yayılan məlumatları bu platformalar avtomatik olaraq tapıb sizə göndərəcək. Bu işi həyata keçirən peşakar PR komandalar da var, əlbəttə ki, onların xidmətləri bu platformalara nisbətən çox daha geniş sahəni əhatə edir və daha effektivdir, amma siz ilkin mərhələdə sadə xəbərdarlıqlar üçün bu platformalardan da yararlana bilərsiniz. 

4. Bu mərhələ bəlkə də ən əyləncəli olanıdır. İnternetdə ən çox axtarılan sözləri, hadisələri araşdırın, fəaliyyətinizlə və ya hobbilərinizlə əlaqəli olanları seçin və öz adınızdan və ya markanızın adından onlarla bağlı çoxlu kontent yaradın və yayın. Kanallar çoxdur: sosial hesablarınız, internet səhifəniz, müxtəlif bloqlar, mümkünsə, xəbər saytları, seminarlar, konfranslar və digər ictimai səhifə və kanallar. Burada sürətli olub hadisələrə tez reaksiya vermək və çox axtarılan məqamların hansı müddətdə gündəmdə qalacağını düzgün təxmin etmək çox vacibdir.

5. Beşinci mərhələ ən asanı və ən effektividir. Əvvəlki mərhələdə göstərilən işlər sizə çətin gəlir? Ya da daha dərin araşdırmalar, analizlər və güclü marka qurmaq istəyirsiniz? Onda işinizi peşakarlara həvalə edin! ?


© INPRESS PR Solutions